Çempionlar Liqasında dəyişiklik

11:58 - 10 Dekabr 2016

UEFA Çempionlar Liqasının oyunlarının başlanma vaxtına dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın qərarına əsasən, 2018-2021-ci illərdə Çempionlar Liqasının oyunları iki fərqli saatda keçiriləcək. Belə  ki, oyun günündə keçiriləcək 8 qarşılaşmanın ikisi Bakı vaxtı ilə saat 22:00-da, digərləri isə 00:00-da start götürəcək. 

 

Bundan əlavə, klublara veriləcək pulların məbləğində də dəyişikliyin ediləcəyi bildirilib.

 

Xəbər xətti