Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılır

10:10 - 12 Dekabr 2016

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 1/8 final iştirakçıları qrup mərhələsinin nəticələrinə görə, iki səbətə bölünüblər. Qrupda 1-ci yeri tutan komandalar 2-ci yeri tutan komandalarla qarşılaşacaq.

 

Eyni qrupda yer alan və eyni ölkəni təmsil edən komandalar püşkdə bir-biri ilə düşə bilməyəcək.

 

Qrupu lider tamamlayan komandalar:

 

"Arsenal" və "Lester" (İngiltərə), "Napoli", "Yuventus" (İtaliya), "Barselona", "Atletiko" (İspaniya), "Monako" (Fransa), "Borussiya" (Dortmund, Almaniya) klubu daxildir.

 

Qrup mərhələsini 2-ci yerdə tamamlayan komandalar:

 

PSJ (Fransa), "Benfika", "Portu" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Bavariya", "Bayer" (Almaniya), "Real", "Sevilya" (İspaniya).

 

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq.

 

Xəbər xətti