"İnter" itkilərlə hazırlaşır

14:39 - 12 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "İnter" öz meydanında Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. 

 

Sportal.az xəbər verir ki, sözügedən oyun üçün hazırlıqlarını davam etdirən bakılıların heyətində itkilər var. Belə ki, gənc futbolçular - Abbas Hüsenovla Mirsahib Abbasov "sarı göylər"lə matçda iştirak edə bilməyəcəklər. Buna hər iki futbolçunun xəstələnməsi səbəb olub. 

 

Qeyd edək "İnter" - "Kəpəz" matçı sabah keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq. 

 

Xəbər xətti