Zaur Svanadze: "Fasilədə uşaqlara dedim ki, daha yaxşı oynamaq lazımdı" MÜSAHİBƏ

Azərbaycan kubokunun 1/4  final mərhələsinin ilk oyunları çərçivəsində “İnter” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

 

“Yaxşı oynadıq. Demək olar ki,müdafiədə yaxşı oynayıb, çoxsaylı hücumlar təşkil etdik. Futbolçuların oyunundan razıyam. İlin sonunda iki oyunumuz qalıb. Çalışacağıq ki, ili major notlarda başa vuraq”.

 

- Şahin Diniyev bildirdi ki, “İnter”in mərhələ adlamaq şansı 60 faizdi. Bəs, siz necə düşünürsüz?

- 2:0 yaxşı üstünlükdü. Ancaq oyun Gəncədə baş tutacaq. Gəncədəki stadionunun vəziyyətini də bilirsiniz. Buna görə arxayınlaşmamalıyıq. Çalışacağıq ki, növbəti mərhələyə 100 faizlik nəticə ilə keçək.

 

- İlk hissədə komandanız yaxşı oynamasa da, ikinci hissədə bunun əksini gördük. Fasilədə komandaya nə tapşırdınız?

- İlk hissədə də hücumlarımız oldu. Fasilədə uşaqlara dedim ki, daha yaxşı oynamaq lazımdı. Onlar da ikinci hissəyə -yaxşı başladılar və lazım olan qolları vurmağı bacardılar.

 

- Son turda “Qarabağ”la qarşılaşacaqsınız. Heyətdə ciddi itkilər olduğunu nəzərə alsaq, həmin oyundan nə gözləyirsiniz?

- Həqiqətən ciddi itkilər var. Cəzalıların boşluğunu doldurmağa, layiqli futbol sərgiləməyə çalışacağıq.

Tarix: 13 Dekabr [19:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio