Buffon ən təhlükəli hücumçunun adını açıqladı

11:11 - 15 Dekabr 2016

"Yuventus"un qapıçısı Canluici Buffon Italiya mətbuatına açıqlama verib. 


Sportal.az xəbər verir ki, əfsanəvi qapıçı "Roma"nın hücumçusu Edin Ceko haqqında danışıb. Təcrübəli qolkiper bosniyalı futbolçunu təhlükəli forvard adlandırıb:


"Hazırda İtaliya A seriyasında ən təhlükəli hücumçu Edin Cekodu. Ceko dünyanın ən güclü forvardlarındandır. O, oyuna çox tez adaptasiya olur və hər şeyi sürətlə, mükəmməl şəkildə başa düşür. Siz bunu onun nəticələrindən də görə bilərsiniz.  Onun zamana ehtiyacı var idi və zamanla ən yaxşılardan biri oldu".  

 

Qeyd edək ki, 30 yaşlı forvard İtaliya A Seriyasında bu mövsüm 12 qol vurub.

 

Xəbər xətti