Poqba qardaşları oyundan sonra formalarını dəyişəcəklər

12:45 - 15 Dekabr 2016

"Mançester Yunayted"də çıxış edən Pol Poqba və onun "Sent-Etyen"də çıxış edən qardaşı Florentin Poqba Avropa Liqasınin 1/16 final mərhələsində bir-birilərinə rəqib olacaqlar. 

 

Sportal.az xəbər verir ki, onların anası Yeo Moriba bu barədə öz fikirlərini bölüşüb. 

 

"Mən oyunun bərabər bitməsinin tərəfdarıyam. Hansısa birinin uduzmağını istəmirəm. Ancaq bilirəm ki, mütləq biri qalib olacaq, digəri isə çıxışını  sonlandıracaq. Fevralın 16-sı və 22-si hər iki oyuna baxacam. Mənim oğlanlarım meydanda bir-biri ilə qarşılaşmaqdan məmnundurlar və söz veriblər ki, oyundan sonra formaların dəyişəcəklər".

 

Xəbər xətti