Robbenin taleyinə aydınlıq gəldi

16:58 - 15 Dekabr 2016

Hollandiya millisinin üzvü Aryen Robbenin "Bavariya"dakı gələcək taleyinə aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Münhen klubu ilə yeni müqavilə imzalayacaq. Bu barədə məlumatı klubun prezidenti Uli Xeness "Kicker"ə açıqlamasında verib. Klub rəsmisi bildirib ki, Robbenlə ünasibətlər yaxın günlərdə rəsmiləşəcək. Təcrübəli futbolçu 2018-ci ilin yayına qədər olan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Robbenin klubla hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq. 

Xəbər xətti