"Kəpəz"dən azarkeşlərə müraciət

10:10 - 16 Dekabr 2016

Məlum olduğu ki, Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, bununla əlaqədar Gəncə klubu azarkeşlərinə müraciət ünvanlayıb.  

 

Müraciətdə bildirilir: “Kəpəz” – “Qəbələ” oyunu üçün bir neçə gün öncə satışa çıxarılmış biletlərin müəyyən qismi artıq azarkeşlər tərəfindən alınıb. ”Kəpəz” PFK əvvəlcədən bilet alan azarkeşləri narahat olmamağa çağırır və bildirir ki, həmin biletlər Azərbaycan kubokunun ¼ final mərhələsinin “Kəpəz” – “İnter” komandaları arasındakı cavab oyunu üçün keçərli olacaq.  Bilet alan hər bir azarkeşdən bunu nəzərə almalarını xahiş edirik". 

 

Xəbər xətti