İlin ən yaxşı məşqçisi məlum oldu

16:39 - 16 Dekabr 2016

İtaliyada ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, İtaliyanın nüfuzlu “La Gazetta della Sport” qəzetinin təsis etdiyi mükafata “Lester”in baş məşqçisi Klaudio Ranyeri layiq görülüb. 

 

Qeyd edək ki, 65 yaşlı mütəxəssis ötən mövsüm “Lester”i tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi etmişdi.

Xəbər xətti