"İnter" "Qarabağ"la matça ciddi itkilərlə çıxacaq

17:27 - 16 Dekabr 2016

"İnter" Premyer Liqanın 14-cü turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "bankirlər" ilin son matçına ciddi itkilərlə çıxacaq. Belə ki, vacib qarşılaşmada paytaxt təmsilçisinin 4 aparıcı futbolçusu komandasına kömək edə biləməyəcək.

 

13-cü turda "Zirə"ylə matçda qırmızı vərəqəylə cəzalandırılan Adrian Skarlatake Ağdam təmsilçisinə qarşı oynamayacaq. Bundan başqa sarı vərəqə limitini dolduran İlkin Qırtımov, Pərdis Fərcad Azad və qapıçı Səlahət Ağayev liderlə oyunda meydanda ola bilməyəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "İnter" qarşılaşması sabah saat 17:00-da start götürəcək.

Xəbər xətti