Adil Şükürov: "Bunun adı qərəzdi!"

20:10 - 17 Dekabr 2016

Azərbaycan Premyer Liqasıın 14-cü turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" matçından sonra qonaqların baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib.

 

Sportal.az Futbolinfo.az-a istinadən əbər verir ki, mütəxəssis Ömər Paşayevi "ağ yuyub, qara sərdi".

 

- Rəqib komandanı təbrik edirəm. Fərqlənmək üçün imkanlarımız oldu. Ancaq ilk dəfə hakimlik barədə danışacam. Birinci dəfə deyil ki, Ömər Paşayev komandamıza qarşı qərəz nümayiş etdirir. Ancaq imkanlarımız olduqda da hakim gülməli qərar verir. Cərimə meydançasında oyunçu əliylə oynayır, cərimə zərbəsi təyin edir, sarı vərəqə göstərmir. Bunun adı qərəzdi! Başqa adı varsa, siz yazın, mən də elə adlandırım. Uşaqlara bu cür hava şəraitində mübarizə apardıqları üçün təşəkkür edirəm.

 

- Hücumçu sarıdan korluq çəkməyiniz aşkar sezilir. Bu problemi fasilədə aradan qaldıracaqsınızmı?

- Bəzi oyunçularla danışıqlar gedir.

Xəbər xətti