Millimizin oyunlarının təqvimi məlum oldu

Gələn ilin yanvar ayında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirin təqvimi məlum olub.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək.

 

C qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, 13-də isə Slovakiya ilə üz-üzə gələcək.

 

Turnirin 1/4 final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.

 

Valentin Qranatkin turniri

C qrupu

 

9 yanvar

13:00 Litva - Azərbaycan
15:15 Slovakiya - Qazaxıstan

 

11 yanvar

13:00 Qazaxıstan - Azərbaycan
15:15 Slovakiya - Litva

 

13 yanvar

13:00 Litva - Qazaxıstan
15:15 Azərbaycan - Slovakiya

 

Qeyd: Oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

Tarix: 19 Dekabr [17:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2017
16  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio