Millimizin rəqibi cəzalandırıldı

FIFA 5 ölkənin futbol federasiyasını cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, bunlar arasında DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya da var.

 

Belə ki, İngiltərə millisi 35200, Şotlandiya və Uels 15600, Şimali İrlandiya 11700, İrlandiya isə 3900 funt-sterlinq dəyərində cərimələnib. Buna isə sözügedən millilərin oyun zamanı üzərində xaşxaş olan emblemli formalardan istifadə etməsi səbəb olub.

 

Xaşxaş Böyük Britaniyada münaqişələr zamanı həlak olanların xatirəsini yad etmək üçün simvol hesab edilir. FİFA isə siyasi əhəmiyyət daşıdığı üçün bunu qadağan edib.

Tarix: 19 Dekabr [19:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio