Kriştiano Ronaldo qara rəngli butsı niyə geyinmir?

Futbolçuların meydanda geyindikləri butsılar bir çoxlarının marağına səbəbdir.

 

Sportal.az xəbər verir ki, “Nike” şirkətinin vitse-prezindeti Maks Blau maraqlı açıqlama verib. Şirkət rəsmi bu sözləri ilə bir çox məsələlərə aydınlıq gətirib:

 

“Kriştiano Ronaldonun fikirləri bizim üçün əhəmiyyətlidir. O, dünya ulduzudur. Butsıların ən yaxşısı ilk olaraq bizə o söyləyir. Biz də əlimizdən gələni edirik ki, keyiyyətli iş ortaya qoyaq. Hər futbolçunun favorit rəngi var. Kriştiano qara butsı geymir. Həmişə deyirdi ki, qara rəngli butsılarda ləng davranıram, sürətli qaça bilmirəm. O, daha sürətli olmaq istəyir”.

 

Qeyd edək ki, Kriştiano Ronaldonun “Nike” şirkəti ilə ömürlük müqavilə imzalayıb.

Tarix: 20 Dekabr [10:54]
Oxunub: 297 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2017
20  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio