"Borussiya"da yeni müqavilə FOTO

00:40 - 21 Dekabr 2016

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya” klubunda yeni müqavilə rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi yarımmüdafiəçisi Yulian Vayqlın müqavilə müddətini artırıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

Məlumatda bildirilir ki, Vayql 2021-ci ilədək “Borussiya”nın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, cari mövsüm “Borussiya”nın heyətində 14 oyunda meydana çıxan gənc futbolçu qol və məhsuldar ötürmə ilə yadda qalmasa da, bir dəfə sarı vərəqə ilə cəzalandırılıb.

 

2021-ci ilədək “Borussiya”da

Xəbər xətti