Balotelli milliyə dəvət oluna bilər

00:55 - 21 Dekabr 2016

"Nitsa"nın futbolçusu Mario Balotelli yenidən İtaliya millisinə çağırıla bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə yığmanın yeni baş məşqçisi Campetro Ventura məlumat verib. O deyib ki, mart ayında millinin oyunları öncəsi M.Balotelli ilə görüşəcək.

 

Görüşdən sonra Ventura onu yığmaya çağırıb-çağırmayacağı ilə bağlı qərar verəcək.

 

Qeyd edək ki M.Balotelli sonuncu dəfə 2014-cü ildə milliyə dəvət edilib.

Xəbər xətti