Şahin Diniyev: "Meydanda bir komanda var idi"

Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində Bakıda "İnter"dən alınan 0:2 hesablı məğlubiyyətin əvəzini Gəncədə çıxa bilməyən "Kəpəz"in baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis qolsuz bərabərliklə başa çatan oyundan sonra qalib gələ bilməmələrini meydançanın bərbad durumda olması ilə bağlayıb.

 

- Deyərdim meydanda bir komanda var idi. Bu da "Kəpəz" idi. Ancaq meydançanın əlverişsiz vəziyyətdə olması hücum etmək planında ciddi problemlər yaradırdı. Özünüz də görürdünüz ki, futbolçular topla irəliləyərkən, sürüşüb yerə dəyirdilər. Oyunçularım çox yaxşı mübarizə apardı. Onlar "İnter"ə heç bir komponentdə uduzmadılar. Həm rəqiblə, həm də meydançayla layiqli mübarizə apardılar. Ümumiyyətlə, son turlarda uşaqlardan razı qalıram. Rəqiblərimizə heç bir komponentdə uduzmamağımız məni sevindirir.  

 

- Komandanın əli kubokdan üzüldü...

- Bu, bəlkə də müsbət məqamdı. Çünki indi bütün diqqətimizi çempionata yönəldəcəyik və avrokuboklara vəsiqə verən yerlərdən biri uğrunda mübarizəni bir cəbhədə aparcağıq. Qarşıda uzun fasilə var və bundan maksimum yararlanmağa çalışacağıq. (Futbolinfo.az)

Tarix: 21 Dekabr [16:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio