Adil Şükürov: "Bundan sonra yalnız çempionat haqda düşünəcəyik" MÜSAHİBƏ

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavan oyunları çərçivəsində "Zirə" "Neftçi"ni 2:1 hesabı ilə məğlub etsə də, mərhələ adlaya bilməyib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib: 

 

“Neftçi”ni tərbrik edirəm. Komandam qələbə qazanmaq üçün hər şey etdi. Bundan sonra yalnız çempionat haqda düşünəcəyik”.

 

- Azarkeşlər oyunun sonuna yaxın istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədi?

- Təbii olan bir şeydi. Azarkeşlər komandadan çox şey gözləyirlər. Ancaq rəhbərlik bizə inanır. Bizə etibar edən şəxslərin etimadını doğrultmağa çalışacağıq.

 

- Komandanızın qış planları yəqin ki,müəyyənləşib. Neçə futbolçu ilə yollarınızı ayıracaqsınız?

- Bu barədə danışmaq tezdi. Düzdü, bəzi planlarımız var. Yaxın günlərdə yekun qərarları verəcəyik.

Tarix: 21 Dekabr [19:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2017
16  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio