"Bavariya" "Leyptsiq"ə yerini göstərdi VİDEO

01:55 - 22 Dekabr 2016

Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu isə bu gün keçirilib. Turnir cədvəlinə başçılıq edən “Bavariya” və “Leyptsiq” Münhendə münasibətlərinə aydınlıq gətiriblər. Karlo Ançelottinin komandası cari mövsümün sürprizi sayılan "Leyptsiq"ə heç bir şans verməyib - 3:0.

 

“Bavariya” 39 xalla turnir cədvəlinə başçılıq edir. Münhenlilərdən 3 xal geri qalan “Leyptsiq” 2-cidir.

 

Bu turdan sonra Bundesliqa qış fasiləsinə yollanıb. 


Bavariya - Leyptsiq 3:0
Qollar:
Alkantara, 17. Xabi Alonso, 25. Levandovski, 45-pen.

 

Xəbər xətti