"İnter" prezidentini rəsmən təqdim etdi

Bakının "İnter” klubu  yeni prezidentinin adını rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, sponsor Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev klub prezidenti vəzifəsinə təyin edilib.

 

Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu" İdarəsi rəisinin müavini vəzifəsi olub. 39 yaşlı funksioner ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.

 

Qeyd edək ki, daha öncə "İnter"ə Rəşad Qasımov rəhbərlik edib. O, şəxsi işləri ilə əlaqədar tutduğu vəzifədən istefa verib.

 

Tarix: 22 Dekabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2017
21  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio