AFFA kubok oyunlarından 3200 manat "qazandı"

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yol verilən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” - “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 64-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL - “Qəbələ” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” - “İnter” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Tarix: 22 Dekabr [13:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2017
22  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio