Millimiz mövqeyini qorudu

13:33 - 22 Dekabr 2016

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, komandamız ötən aykı mövqeyini qoruyub. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb.

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 3-cü (), Şimali İrlandiya 32-ci (0), Çexiya 43-cü (0), Norveç 83-cü (+1), San Marino 202-ci (0) pillədə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.

Xəbər xətti