La Liqa klubunda istefa

11:18 - 23 Dekabr 2016

İspaniya La Liqa təmsilçisi “Malaqa”nın baş məşqçisi Xuande Ramos istefa verib.

 

Sportal.az xəbər verir ki, bu barədə “Malaqa”nın sahibi və prezidenti, qətərli iş adamı Abdullah El-Tani şəxsi “tvitter” səhifəsində məlumat verib.


“Malaqa” İspaniya kubokunun 1/16 final mərhələsində Sequnda təmsilçisi “Kordoba”ya uduzaraq mübarizəni dayandırıb. “Göy-ağlar” La Liqanın son turunda, Andalusiya derbisində səfərdə “Sevilya”ya 1:4 hesabıyla uduzub.

 

“Malaqa” hazırda La Liqada 21 xalla 11-ci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, Xuande Ramos 2015/16 mövsümünün sonunda “Malaqa”yla 3 illik müqavilə bağlamışdı.

 

Xəbər xətti