Eddi İsrafilov "Kadiz"dən ayrılır?

Milli komandamızın və “Kadiz”in yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyada klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, nadir hallarda start heyətdə şans qazanan futbolçunun başqa kluba icarəyə göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb.

 

“Kadiz”in idman direktoru Xuan Karlos Kardero məsələyə münasibət bildirib:

 

“Eddiyə güvənərək komandaya gətirmişik. Son zamalar artıq ona daha çox şans verilir. Baş məşqçimiz də ona inanır. Eddi universal futbolçudur. Biz onun xidmətindən razıyıq”.

 

Qeyd edək ki, Eddi İsrafilov bu yay “Real Mursiya”dan “Kadiz”ə transfer olub.

Tarix: 23 Dekabr [13:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio