Ronaldo suriyalı uşaqlara yardım etdi: "Siz əsl qəhrəmanlarsınız"

19:17 - 23 Dekabr 2016

Madrid "Real"ının ulduz futbolçusu Kristiano Ronaldo Suriyadakı uşaqlara pul yardımı edib və onlara müraciət ünvanlayıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Hələbdəki uşaqları üçün yemək, geyim və tibbi yardım göndərib. 31 yaşlı hücumçu “Save the Children” (Uşaqları qoruyaq) adlı beynəlxalq təşkilatının təşəbbüsü ilə onlara mesaj da göndərib. Ronaldonun müraciəti aşağıdakı kimidi:

 

"Bu, suriyalı uşaqlar üçündü. Çox əzab çəkdiyinizi bilirik. Mən məşhur futbolçuyam. Amma əsl qəhrəmanlar sizlərsiz. Ümidinizi itirməyin. Dünya sizinlədi. Sizi düşünürük. Mən Sizinləyəm".

Xəbər xətti