"Yuventus" "Real"ın ulduzuna "elçi düşdü"

01:01 - 24 Dekabr 2016

İtaliyanın "Yuventus" klubu yarımmüdafiə xəttini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi Madrid "Real"ının futbolçusu Toni Krossla yaxından maraqlanır. "Gazzetta dello Sport" "Yuventus" "kral klubu"nun alman yarımmüdafiəçisini heyətinə qatmaq istəyir. İtaliya nəhəngi "Real"ın 60 milyon avro tələb etdiyi 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdı.

 

Əgər bu transfer baş tutmasa turinlilər PSJ-dən Marko Verratti və "Barselona"dan İvan Rakitiçi heyətinə qatmağa çalışacaq.

Xəbər xətti