Buffon 600-ə çatdı

12:41 - 24 Dekabr 2016

İtaliya Super Kuboku uğrunda ötən gecə keçirilən "Yuventus" - "Milan" matçı birincilərin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, təcrübəli qolkiper Turin təmsilçisinin heyətində 600-cü oyununa çıxıb.

 

38 yaşlı əlcək sahibi A seriyasında 436, B seriyasında 37, İtaliya kubokunda 12, İtaliya Super Kubokunda 7, Çempionlar Liqasında 99, Avropa Liqasında 9 matçda iştirak edib.

 

Xəbər xətti