"İnter" "Çelsi"nin futbolçusuyla danışıqlar aparır

17:03 - 24 Dekabr 2016

"Çelsi"nin yarımmüdafiəçisi Con Obi Mikel klubunu dəyişməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, nigeriyalı futbolçunun agenti Con Şittu bu haqda məlumat verib. Agent 29 yaşlı yarımmüdafiəçinin transferi üçün "İnter" və digər İtaliya klubları ilə danışıqlar apardığını söyləyib:

 

"İnter'lə daha əvvəl də görüşmüşdük və indi də görüşürük. Bundan əlavə, bir neçə İtaliya klubu ilə də danışıqlar aparırıq. Transfer haqda yalnız bunları deyə bilərəm. Con Obi Mikel daha çox oynamaq istəyir".

 

Xatırladaq ki, Obi Mikel 2006-cı ildən London klubunda çıxış edir.

Xəbər xətti