Qadın hakim qol ötürməsi verdi VİDEO

17:25 - 24 Dekabr 2016

Almaniya 2-ci Bundesliqasında maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, "Union" və "Qroyter Fürt" komandalarının oyununda baş hakimin "ötürməsi" nəticəsində qol vurulub.

 

Meydan sahiblərinin oyunçusu rəqibin hücumu zamanı topu uzaqlaşdırmağa cəhd edib. Lakin top baş hakim Bibiana Ştaynhausa dəyərək rəqib futbolçunun önünə düşüb. Futbolçu ilə bu fürsəti əldən verməyərək topu qapıya göndərib.

 

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə bitib.

 

Xəbər xətti