"Qəbələ" "Neftçi"nin qənimi ilə üz-üzə gələcək

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq "Qəbələ"nin daha bir sınaqçı rəqibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, söhbət "Şkendiya"dan gedir. Əldə etdiyimiz məlumata görə, Makedoniya klubu ilə yoxlama matçı yanvarın 24-də baş tutacaq.

 

Xatırladaq ki, "Şkendiya" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda keçirilən oyun qolsuz bərabərə başa çatmışdı. "Şkendiya" evdə 1:0 hesablı qələbə qazanaraq bakılıları mübarizədən kənarlaşdırmışdı.

 

Tarix: 25 Dekabr [01:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio