Daha bir ulduz futbolçu Çindən təklif aldı

Dünya futbolunun daha bir ulduzu Çindən təklif alıb.

 

Sportal.az xəbər verir ki, PSJ-nin argentinalı futbolçusu Anxel di Maria karyerasını Çində davam etdirə bilər. Çinin bir neçə klubu futbolçunun xidmətində maraqlıdı. Məlumata görə, bir klub futbolçu ilə və onun agenti Jorje Mendeşlə əlaqə saxlayıb.

 

Bir müddət əvvəl məlumat yayılmışdı ki, PSJ-nin baş məşqçisi Unai Emeri Di Marianın oyunundan razı deyil. Argentinalı futbolçu PSJ-yə 2015-ci ilin yayında “Mançester Yunayted”dən keçib. O, bu mövsüm Fransa çempionatında 15 oyun kçeirib, 1 qol vurub, 5 qol ötürməsi edib.

 

Tarix: 25 Dekabr [14:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio