"İnter"də qalmaq istəyirəm"

17:48 - 25 Dekabr 2016

“İnter”in argentinalı forvardı Rodriqo Palasio açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu komandadan ayrılmaq istəmədiyini söyləyib:

 

“İnter”lə müqaviləm mövsümün sonunda bitir. Həmin müddətə qədər “İnter”də qalmaq istəyirəm. İtaliyadan getmək niyyətim yoxdur”.

 

Qeyd edək ki, Palasio bu mövsüm 10 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti