Millinin üzvü transferə çıxarıldı: "Bir futbolçuya görə oyun sistemimizi dəyişən deyilik"

18:49 - 25 Dekabr 2016

“Napoli” İtaliya millisinin üzvü Manolo Qabbiadinini transferə çıxarıb.

 

Sportal.az xəbər verir ki, buna 25 yaşlı futbolçunun komandanın baş məşqçisi Mauriso Sarrinin oyun sisteminə uyğun gəlməməsi səbəb olub.

 

Bu barədə məlumatı Neapol təmsilçisinin prezidenti Aurelio de Laurentils verib:

 

“Qabbiadini baş məşqçimiz Maurisio Sarrinin oyun sisteminə uyğun gəlmir. Bir futbolçuya görə oyun sistemimizi dəyişən deyilik. Buna görə də onu transferə çıxarmışıq. Böyük ehtimalla qışda komandamızı tərk edəcək”.

 

Qeyd edək ki, Qabbiadininin “Napoli” ilə 2019-cu ilin yayına qədər müqaviləsi var.

 

Xəbər xətti