"Qəbələ"nin bütün rəqibləri məlum oldu

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq "Qəbələ"nin bütün rəqibləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın ilk yoxlama oyunu yanvarın 13-ü Albaniyanın "Partizani" klubu ilə olacaq.


Bundan əlavə, "Qəbələ" yanvarın 18-də Rumıniyanın "Qaz-Metan", 24-də isə Makedoniyanın "Şkendiya" klublarıyla oyunda qüvvəsini sınayacaq.

 

Xatırladaq ki, "Şkendiya" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda keçirilən oyun qolsuz bərabərə başa çatmışdı. "Şkendiya" evdə 1:0 hesablı qələbə qazanaraq bakılıları mübarizədən kənarlaşdırmışdı.

 

Tarix: 26 Dekabr [10:10]
Oxunub: 246 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2017
22  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio