İquain: "Bütün zamanların ən yaxşı futbolçusu Ronaldodur"

14:42 - 26 Dekabr 2016

Argentina millisinin və “Yuventus”un futbolçusu Qonsalo İquain İspaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, “Marca” qəzetinə danışan hücumçu bütün zamanların ən yaxşı futbolçusunun adını açıqlayıb:  

 

“David Trezeqe, Qabriel Batistuta, Ernan Krespo və Montello kimi ulduzları gənc yaşlarımda izləmişəm. Ancaq mənim üçün bütün zamanların ən yaxşısı braziliyalı Ronaldodur”.

 

İquain komanda yoldaşı Paulo Dibala ilə Lionel Messini də müqyisə edib:

 

“Dibala Messiyə çox bənzəyir. Çox gəncdir və hər şey öz əlindədir. İnkişaf edərək ən yaxşı ola bilər. Ən üst səviyyələrə qalxmaq asan məsələ deyil. Bunun üçün çox çalışmalısan”.

 

Qeyd edək ki, İquain bu yay “Napoli”dən 94 milyon avro qarşılığında “Yuventus”a transfer olub.

Xəbər xətti