Millimizin futbolçusunun komandasında maliyyə problemləri: "Bu il maaş almamışam"

11:33 - 27 Dekabr 2016

Millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubunun baş məşqçisi Hamza Hamzaoğlu bu gün komandadan ayrıla bilər. 

 

Sportal.az xəbər verir ki, mütəxəssis komandadan ayrılması uğursuz çıxışlarla yox, maliyyə problemləri ilə bağlıdır. Bu barədə məlumatı Hamzaoğlu Super Liqanın XVI turunda “Gənclərbirliyi”nə məğlubiyyətdən sonra (3:1) keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, cari ilə ərzində maaş almayıb və bu səbəbdən istefa vermək haqda düşünür. 

 

Ancaq futbolçuların maaşlarını alıb-almadıqları bəlli deyil. 

 

Qeyd edək ki, Hamzaoğlunun komandada qalıb-qalmayacağı bu gün klub rəhbərliyi ilə baş tutacaq görüşdən sonra bəlli olacaq. 

 

Xəbər xətti