Syomindən azərbaycanlı futbolçuya xəbərdarlıq: Geriyə yol yoxdu!

12:55 - 27 Dekabr 2016

Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi Yuri Syomin Aleksandr Səmədova xəbərdarlıq edib. 

 

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis əslən Azərbaycandan olan futbolçunun "Lokomotiv"ə qayıtmasının mümkünsüza olduğunu vurğulayıb. Çalışdırıcı Səmədovun “Spartak”a transferinin baş tutmayacağı təqdirdə də, onun “dəmiryolçular”ın heyətinə dönüşünün mümkünsüz olduğunu deyib:

 

"Səmədov komandamızda əsas heyət üzvü idi. Hər oyun olmasa da, bəzi oyunlarda meydana çıxırdı. Ancaq son anda başqa yol seçdi, getməyi üstün tutdu. Biz heç kimi komandamızda məcburi olaraq saxlamırıq. Səmədovun da öz məsləhətçiləri var, onlar hər şeyi çox yaxşı bilirlər".

 

Syomin Azərbaycan əsilli futbolçu ilə probleminin olmadığını da deyib:

 

"Mənim onunla heç bir problemim yox idi. Səmədov komandamızın liderlərindən biri olub. Əlbəttə işimizdə müəyyən qədər fikir ayrılıqları olub. Onun nəyə görə "Spartak"a üz tutduğunu anlamıram. Bundan sonra onun üçün geriyə yol yoxdu. "Spartak"a keçidi alınmasa belə, "Lokomotiv"ə qayıda bilməyəcək".

 

Xəbər xətti