FİFA Azərbaycan klubunu cəzalandırdı

13:44 - 27 Dekabr 2016

FİFA Azərbaycan çempinatının birinci divizionda çıxış edən "Rəvan" klubunu cəzalandırıb.

 

Dünyanın ali futbol qurumu 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Rəvan”la futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən, Bakı təmsilçisinin cari mövsüm aktivdən 6 xal silinməsi göstərilib.

 

Sportal.az xəbər verir ki, yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilib:

 

1. Azərbaycan birinci divizionunda çıxış edən "Rəvan"ın cari mövsüm aktivindən 6 xal silinsin.

 

Xəbər xətti