Millimizin rəqibinin baş məşqçisi FİFA və UEFA-nı tənqid etdi

19:18 - 27 Dekabr 2016

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv dünya çempionatında komandaların sayının artırılması təklifinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli məşqçi FİFA-nın bu təklifini bəyənmədiyini bildirib. Yoahim Löv öz açıqlamasında qeyd edib ki, bu dəyişikliklər futbolun keyfiyyətinin itməsinə səbəb ola bilər:

 

 "Günümüzdə futbol çox önəmli, keyfiyyətli bir idman növüdür. Bu keyfiyyət itməməlidir. FİFA və UEFA yeni qaydanı idman və ticərət nöqteyi-nəzərdən yenidən gözdən keçirməlidir. Hər iki federasiya futbolda tarazlığı təmin etmək üçün qərarlar qəbul etməlidir.

 

Əvvəllər futbolçular 35 yaşına qədər oynaya bilirdi. Son zamanlar isə daha erkən yaşda karyeralarını başa vururlar. Bu il baş tutan Avropa çempionatında komandaların sayı 16-dan 24-ə yüksəlmişdi. İndi isə dünya çempionatında komandaların sayını 32-dən 48-ə yüksəltmək istəyirlər. Mənim fikrimcə, 48 komandanın olması düzgün deyil".

Xəbər xətti