"Qalatasaray"ın futbolçusuna Çindən fantastik təklif

20:05 - 27 Dekabr 2016

"Qalatasaray" hollandiyalı futbolçusu Ueesli Sneyderə Çindən təklif gəlib.

 

Sportal.az xəbər verir ki, çin klubundan holland futbolçu üçün 3 illik təklif gəlib. Klubun təcrübəli futbolçu üçün 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğu bildirilir.

 

32 yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib:

 

"Qalatasaray" artıq mənim üçün özəl bir klubdu. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm. Bunu pozmağa niyyətim yoxdu".

Xəbər xətti