"Yuventus" venesuelalı futbolçu transfer edir

01:25 - 28 Dekabr 2016

Yarımmüdafiə xəttini gücləndirmək istəyən "Yuventus" axtardığı oyunçunu "Cenoa"da tapıb.

 

Sportal.az xəbər verir ki, Turun təmsilçisi Seria A klubunun futbolçusu Tomas Rinkonun transferini bitirmək üzrədi. "Yuvents" 28 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatacaq.

 

İtaliya mətbuatının yazdığına görə "ağ-qaralar" venesuelalı futbolçu üçün 2 milyon avro icarə haqqı ödəyəcək. Müqaviləyə əsasən "qoca sinyora" 8 milyon avro ödəməklə Rinkonu bir dəfəlik tranfer edə bilər.

Xəbər xətti