"Trabzonspor" Ramil Şeydayevlə bağlı qərar verdi

10:42 - 28 Dekabr 2016

Türkiyənin “Trabzonspor” klubunun idarə heyətinin fövqəladə iclası keçirilib. 

 

Sportal.az xəbər verir ki, iclasda komandanın baş məşqçisi Ərsun Yanal da iştirak edib. İclasda komadanın ilk dövrədəki çıxışı müzakirə olunub.

 

“LİG TV”nin məlumatına görə, baş tutan iclasda komandaya yayda cəlb olunan futbolçular haqda da geniş müzakirə aparılıb. Aparılan müzakirələrdən sonra, komandadan göndəriləcək futbolçuların adları da müəyyənləşib. Mənbənin məlumatına görə, Hyun-Yun Suk, Luis İbanes, Ramil Şeydayev, Güray Vural və Muhammet Demirin komandadan göndəriləcəyi dəqiqləşib.

 

Qeyd edək ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal Superliqanın XVI turunda "Fənərbaxça"ya 0:3 hesablı məğlubiyyətdən sonra çıxışından razı qalmadığı futbolçuların da adını açıqlamışdı. Mütəxəssis bildirmişdi ki, Suk, İbanes və millimizin üzvü Ramil Şeydayevdən gözlədiklərini ala bilmir. 

 

Xatırladaq ki, Ramil Şeydayev "Trabzonspor"un heyətində 3 rəsmi matçda iştirak edib və 1 qol vurmağı bacarıb.

Xəbər xətti