Robert Prosineçki "Bursaspor"a təklif olunub

Millimizin baş məşqçisi Robert Prosineçki "Bursaspor" klubuna təklif olunub.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçinin çalışdırıcısı Hamza Hamzaoğlunun komandadan gedəcəyi təqdirdə, bu vəzifəyə əsas namizəd kimi milli komandamızın baş məşqçisi Robert Prosineçki göstərilib. Kluba yaxın şəxslər baş məşqçi vəzifəsinə ən yaxşı namizəd kimi xorvatiyalı mütəxəssisi təklif ediblər.

 

Lakin “Bursaspor”un dünən baş tutan iclasında Hamzaoğlunun istefası qəbul edilməyib.

 

Qeyd edək ki, Hamza Hamzaoğlu Türkiyə Super Liqasının 16-cı turunda "Gənclərbirliyi"nə 1:3 hesablı məğlubiyyətdə sonra komandadan ayrılmaq istədiyini açıqlamışdı.

Tarix: 28 Dekabr [10:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio