"Qəbələ" 2016-cı ilin idman klubu seçildi

“Qəbələ” İdman Klubu Gənclər və İdman Nazirliyi tərəfindən 2016-cı ilin idman klubu seçilib.

 

Sportal.az xəbər verir ki, “Buta Palace”də ilin idman yekunlarına həsr olunmuş tədbirdə əyalət klubu da mükafatlandırılıb.
 
Buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları səbəb olub.
 
Qeyd edək ki, Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında klubun boksçusu Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçusu Milad Beiqi Harçeqani də olub. Karate üzrə dünya çempionu Rafael Ağayev isə “İlin ən yaxşı idmançısı” nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.

 

 

Tarix: 28 Dekabr [13:27]
Oxunub: 81 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2017
24  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio