Kasilyas Fransa klubunun hədəfində

13:41 - 28 Dekabr 2016

İker Kasilyas karyerasını Fransanın “Marsel” klubunda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, “Marsel”in yeni idman direktoru Andoni Subisaretta Kasilyasın xidmətində maraqlıdı. Məlumata görə, Fransız klubu hazırda “Portu”da çıxış edən Kasilyası mövsümün sonunda transfer etməyi planlaşdırır.

 

Kasilyasın “Portu” ilə müqaviləsi 2018-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Xatırladaq ki, Andoni Subisaretta əvvəllər “Barselona”da idman direktoru kimi çalışıb.

 

Xəbər xətti