' />

Samuel Eto'O: "Siz olmasaydız, ailəm indi çörək yeməzdi"

16:59 - 28 Dekabr 2016

“Antalyaspor”un kamerunlu ulduzu Samuel Eto’O karyerasında qazandığı uğurlara görə “Globe Soccer Awards” mükafatını qazanıb.

 

Sportal.az xəbər verir ki, Dubayda təşkil olunan mərasimdə Samuel Eto’O “Real”dakı sabiq baş məşqçisi Fabio Kapello və FİFA-nın prezidenti Canni İnfantinoya təşəkkür edib:

 

Eto’O ilk təşəkkürünü Fabio Kapelloya edib:

 

“İlk təşəkkürüm sizədir, cənab Fabio! Bu qədər insanın qarşısında danışıramsa, ilk olaraq sizə borcluyam. Çünki siz olmasaydız, ailəm indi çörək yeməzdi və mən də bu yerlərə gəlməzdim. Bunu mənə yaşatdığınız üçün sizə çox təşəkkür edirəm”.

 

Sözlərinə davam edən ulduz futbolçu FİFA-nın prezindenti Canni İnfantinoya da səslənib:

 

“İkinci təşəkkürüm də sizədir, cənab İnfantino! 48 ölkəli dünya çempionatı keçirmək istəyirsiz. Mən və Afrika sizi sona qədər dəstəkləyirik. Çünki siz kasıb ölkələri də nəzə alaraq bu addımı atmısız. Bu, Afrika ölkələrinin mundiala qatılması üçün gözəl şansdır”.

 

Xatırladaq ki, Samuel Eto’Onu 1996-cı ildə “Real”a Fabio Kapello götürmüşdü. 35 yaşlı kamerunlu hücumçu 2014-cü ildə yığma karyerasını başa vurub.

Xəbər xətti