Ramosa Çin klubundan təklif gəldi

19:44 - 28 Dekabr 2016

Dortmund "Borussiya"nın futbolçusu Adrian Ramos karyerasını Çində davam etdirə bilər. 

 

Sportal.az xəbər verir ki, bu ölkənin "Beijing Quoanın" klubu kolumbiyalı futbolçunun xidmətində maraqlıdı. Bu barədə məlumatı Almaniyanın "Bild" nəşri yayıb.

 

Bundesliqa klubunda ildə təqribən 3 milyon avro qazanan 30 yaşlı hücumçu keçid baş tutacağı təqdirdə 10 milyon avro civarında vəsait qazanacaq.

Xəbər xətti