"Malaqa"nın yeni baş məşqçisi məlum oldu

19:19 - 28 Dekabr 2016

İspaniya La Liqasında mübarizə aparan "Malaqa" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, uğursuz çıxışlardan sonra baş məşqçisi Xunade Ramosla yollarını ayıran La Rosaleda təmsilçisi uruqvaylı Marselo Romeroya tapşırılıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Marselo Romero 3 ildi ki, "Malaqa"da köməkçi-məşqçi vəzifəsində çalışır. 

Xəbər xətti