AZAL-dan ayrılan futbolçular I Divizion klubunda

20:27 - 29 Dekabr 2016

I Divizionda mübarizə aparan "Səbail" heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə paytaxt təmsilçisi heyətinə 2 yeni futbolçu cəlb edib. Bunlar AZAL-dan ayrılan hücumçu Mirzağa Hüseynpur və müdafiəçi Qvanzav Maqomedovdu. Hər iki futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Səbail" daha öncə "Neftçi"dən Eltun Yaqublunu icarəyə götürüb.

Xəbər xətti