Ramilsiz "Trabzonspor" aşağı liqa klubuyla bacarmadı

00:15 - 30 Dekabr 2016

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" Türkiyə kubokunun IV turunda xal itkisi ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, səfərdə "Kızılcabolukspor"la  qarşılaşan Ərsun Yanalın komandası aşağı liqa təmsilçisi ilə bacarmayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, sözügedən qarşılaşma üçün Ramil Şeydayev səfərə aparılmamışdı.

Xəbər xətti